» » » İtkin düşən neftçilərin axtarışı davam etdirilir

İtkin düşən neftçilərin axtarışı davam etdirilir

İtkin düşən neftçilərin axtarışı davam etdirilir

FHN məlumat yaydı.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən ucarliyiq.biz-a verilən məlumata görə, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.