» » » Nardaran ağsaqqalı: Biz hələ də şokdayıq

Nardaran ağsaqqalı: Biz hələ də şokdayıq

Nardaran ağsaqqalı: Biz hələ də şokdayıq

“Nardaranlılar hamısı prezident İlham Əliyevin yanındadırlar”.

Nardarana işıq və qaz verilir. Camaatın dövlətdən, prezidentdən heç bir narazılığı yoxdur.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd peyğəmbərin (s) mövludu günü ilə bağlı keçirilən tədbirdə Nardaran ağsaqqalı Hacı Əlövsət Zeynalov deyib.

O qeyd edib ki, Nardaran camaatı prezidentin yanındadır: 

“Nardaranlılar hamısı bir nəfər kimi prezident İlham Əliyevin yanındadırlar. Biz ona inanırıq. Əminik ki, tezliklə Nardaranda baş verən hadisələrin əsas səbəbi açılacaq, bunun arxasında nələrin durduğu üzə çıxacaq. Bu gün Nardarana giriş-çıxış çətindir. 

Başa düşürük ki, baş vermiş hadisələr üzündən nəzarət olmalıdır və bütün bunlar bunun üçün edilir. Amma biz prezidentimizə inanırıq ki, tezliklə bu hadisəni tam çözəcək və bütün bunlar aradan qalxacaq. Biz hələ də şokdayıq ki, bizim Nardaranda belə hadisə baş verib. Dövlətimiz tezliklə bu müəmmanı açacaq. Çünki bu, Nardarana yaraşan hadisə deyildi”.