» » » Nazir: Sosial sahəyə yönləndirilən vəsaitlərin həcmi artıb

Nazir: Sosial sahəyə yönləndirilən vəsaitlərin həcmi artıb

Nazir: Sosial sahəyə yönləndirilən vəsaitlərin həcmi artıb

“Neftin kəskin ucuzlaşmasına baxmayaraq”.

Milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin həcmi nəinki azaldılmır, hətta artırılır. 

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. 

Nazir deyib ki, əgər 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6%-i qədər idisə, növbəti ildə 36,1%-ni təşkil edəcək. 

“Son illərdə dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi müəyyən edib. 

Dövlətimizin başçısı Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik”, deyə bəyan edib”, - deyə nazir müsahibəsində qeyd edib. 

S.Müslümov həmçinin müharibə və şəhid ailələrinə verilən mənzillərdən də danışıb:

“Müharibə əlillərinə və şəhid ailələrinə hazırda bölgələrdə 300-dən çox fərdi evin, Bakıda 96 mənzilli, İmişli və Beyləqan rayonlarında hər biri 54 mənzilli, Şamaxı rayonunda 36 mənzilli yaşayış  binalarının inşası, hazır yaşayış binalarından mənzillərin tender əsasında alınaraq təmir etdirilməsi işləri davam etdirilir”.