» » » “Azəryolservis” növbəti yaşıllaşdırma aksiyasını keçirdi – FOTO + VİDEO

“Azəryolservis” növbəti yaşıllaşdırma aksiyasını keçirdi – FOTO + VİDEO

“Azəryolservis” növbəti yaşıllaşdırma aksiyasını keçirdi – FOTO + VİDEO

Quyular qazılıb və ağaclar əkilib.

Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş dövlət proqramlarının icrasının təmin edilməsi məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, onların uçot sisteminin təkmilləşdirilməsi, mühafizənin gücləndirilməsi tədbirlərinin həyata keçirilməsinə diqqət daha da artırılıb.

ucarliyiq.biz xəbər verir ki, “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma MMC-lərinin kollektivi tərəfindən bu dəfə Bakı Dairəvi-I avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.

Aksiyada “Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov və cəmiyyətin digər rəhbər şəxsləri də yaxından iştirak edərək respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına öz töhvələrini veriblər.

1, 2, 6 saylı Yol Yaşıllaşdırma və Avtomobil Yollarının Ekologiyası MMC-lərinin 100 nəfərdən artıq işçisinin və 10 ədəd maşın mexanizmin cəlb edildiyi tədbir zamanı ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 5000 min ədəd eldar şamı, sərv və digər növ ağac əkilib.

Əkilən ağaclar cəmiyyətin 3 saylı Salyan və 5 saylı Şəki Yol Yaşıllaşdırma MMC-lərinin tinglik sahəsində yetişdirilib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1551 km magistral və 1829 km respublika əhəmiyyətli olmaqla, ümumilikdə 3380 km avtomobil yolunun təhkim zolaqlarındakı yaşıllıqlara xidmət göstərir. 2015-ci ilin yanvar-dekabr aylarında 93 380 ədəd, ümumilikdə 456,0 hektar ərazidə 273 674 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Hazırda magistral və respublika əhəmiyyətli  avtomobil yollarının mühafizə zolağında 1 136 157 ədəd, o cümlədən 895 625 ədəd çoxillik ağac mövcuddur.