» » » Bu il təmir olunan məktəblərin sayı açıqlandı

Bu il təmir olunan məktəblərin sayı açıqlandı

Bu il təmir olunan məktəblərin sayı açıqlandı

Təhsil Nazirliyi məlumat yaydı.

Bu il ölkə üzrə 19 ümumi təhsil müəssisəsi, 7 internat məktəb, 2 ali təhsil, 4 orta ixtisas təhsili, 3 ilk peşə-ixtisas təhsili, 2 məktəbdənkənar təhsil müəssisəsində tikinti, əsaslı təmir və ya yenidənqurma işləri aparılıb. 

Bu barədə Təhsil Nazirliyindən ucarliyiq.biz-a bildirilib. 

“72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri, 112 təhsil müəssisəsində kommunikasiya şəbəkəsinin yenilənməsi işləri başa çatdırılıb, eləcə də 12 təhsil müəssisəsi qazlaşdırılıb”, - deyə nazirlikdən qeyd edilib.