» » » Bakı sakinləri yolu dağıtdılar - FOTO

Bakı sakinləri yolu dağıtdılar - FOTO

Bakı sakinləri yolu dağıtdılar - FOTO

Kanalizasiya kollektorlarının üzərində qanunsuz evlər inşa edilib.

Ötən il kifayət qədər maliyyə vəsaiti xərclənərək təmir edilmiş Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Baksol küçəsi 12 ünvanında yolun asfalt-beton örtüyü sıradan çıxır. 

Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən ucarliyiq.biz-a verilən məlumata görə, səbəb bəzi sakinlərin məsuliyyətsizliyi ucbatından yolun hərəkət hissəsinə yığılan kanalizasiya sularıdır.

Belə ki, bir-neçə gün  bundan öncə həmin ərazinin yaxınlığından keçən 1 metr diametrli iki yüksək təzyiqli kanalizasiya kollektorlarından birində qəza baş verib. Nəticədə çirkab su axaraq yolun hərəkət hissəsinə dolur. Bu isə yolun asfalt örtüyünün sıradan çıxmasına səbəb olur.

Problemdən aidiyyəti qurumlar məlumatlı olsalar da, qəzanın qarşısını almaqda çətinlik çəkirlər. Çünki sözügedən kanalizasiya kollektorlarının üzərində qanunsuz olaraq yaşayış evləri inşa edilib.

Hazırda problemin aradan qaldırılması üçün çıxış yolları axtarırlar.

Bakı sakinləri yolu dağıtdılar - FOTO

Bakı sakinləri yolu dağıtdılar - FOTO

Bakı sakinləri yolu dağıtdılar - FOTO

Bakı sakinləri yolu dağıtdılar - FOTO

Bakı sakinləri yolu dağıtdılar - FOTO

Bakı sakinləri yolu dağıtdılar - FOTO