» » » Nazirlik: Bu il cəmi 15 nəfər 700 bal toplayıb

Nazirlik: Bu il cəmi 15 nəfər 700 bal toplayıb

Nazirlik: Bu il cəmi 15 nəfər 700 bal toplayıb

Ali məktəblərə qəbul zamanı.

2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzunu ali məktəblərə qəbul imtahanlarında maksimum–700 bal toplayıb.

Bu barədə Təhsil Nazirliyindən ucarliyiq.biz-a bildirilib.

Nazirlikdən qeyd edilib ki, son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında 2 qiyməti alanların sayı azalıb:

“Son 3 ildə ümumi təhsil pilləsini bitirən məzunlar arasında “2” qiymət alanların sayı azalmaqdadır. 2012-ci il illə müqayisədə 2015-ci ildə IX sinif məzunları arasında “2” alan şagirdlər üzrə göstərici 14% azalıb. Bu, ümumi təhsil səviyyəsi üzrə təhsilin keyfiyyətində müsbət dəyişikliklərin olmasını deməyə əsas verir”.

Nazirlikdən bildirilib ki, bu il keçirilən müsabiqə zamanı 18 77 nəfər müəllim işə qəbul edilib:

“2015-ci ildə mərkəzləşmiş qaydada yeni sistem əsasında ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 21 795 nəfər iştirak edib. Müsahibənin nəticələrinə əsasən, 1 877 nəfərin işə qəbul olunmasına razılıq verilib”.

“Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. 357 ümumi təhsil məktəbinə yeni direktor təyin olunub.

2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrində 1 359 173 şagird təhsil alır. 2015-2016-cı tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4 095 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

2014-2015-ci tədris ilində 87 məktəbdə məktəbəhazırlıq qrupları açılıb. 2015-2016-cı tədris ilindən isə bu qrupların fəaliyyət göstərdiyi məktəblərin şəbəkəsi genişləndirilib. Belə ki, hazırda 136 təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir”, - deyə nazirlikdən bildirilib.