» » » Azərbaycanda neft daşıyan qatarda yanğın baş verib

Azərbaycanda neft daşıyan qatarda yanğın baş verib

Azərbaycanda neft daşıyan qatarda yanğın baş verib

Yanğının səbəbləri araşdırılır.

Şəmkir dəmiryol stansiyasının ərazisində bu gecə saat 02:00 radələrində yanğın hadisəsi baş verib. 

ucarliyiq.biz-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Bakıdan Gürcüstana gedən neftlə dolu yük qatarının vaqonlarından biri anidən yanmağa başlayıb. 

Əraziyə dərhal Şəmkir Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 36 vaqondan ibarət qatarın 15-ci vaqonunda başlayan alovun digər vaqonlara və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. 

Yanğının səbəbləri araşdırılır.