» » » Azərbaycan Tacikistana humanitar yardım göndərir

Azərbaycan Tacikistana humanitar yardım göndərir

Azərbaycan Tacikistana humanitar yardım göndərir

FHN məlumat yaydı.

Azərbaycan Tacikistana humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür. 

Bu barədə ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir.

Xatırladaq ki, cari ilin dekabr ayının 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.

Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət edib.

Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından FHN hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.