» » » Göyçayda ağır qəza: Ölənlər var “VAZ 21015” toqquşdu

Göyçayda ağır qəza: Ölənlər var “VAZ 21015” toqquşdu

Göyçayda ağır qəza: Ölənlər var “VAZ 21015” toqquşdu

“Mercedes” və

Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə 21.00 radələrində Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraməryəm kəndi ərazisində baş verib.  

“Mercedes” markalı 10 UG 540 dövlət nömrə nişanlı və “VAZ 21015” markalı 90 XL 615 dövlət nömrə nişanlı minik avtomobillər toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarət alıb.

Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub.

Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.