» » » Türkmənistan sahillərində itkin düşən neftçilərdən birinin cəsədi tapıldı

Türkmənistan sahillərində itkin düşən neftçilərdən birinin cəsədi tapıldı

Türkmənistan sahillərində itkin düşən neftçilərdən birinin cəsədi tapıldı

FHN xilasediciləri artıq nefçinin cəsədini gətirməyə yollanıblar.

Bu gün Xəzər dənizin Türkəmistan sektorunda dekabrın 4-də “Günəşli” platformasındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən neftçilərdən birinin cəsədi tapılıb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Haqqin.Az-a prokurorluqdakı mənbələrdən məlumat verilib.

Mənbənin məlumatına əsasən, FHN xilasediciləri artıq nefçinin cəsədini gətirməyə yollanıblar.

Xatırladaq ki, dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-ın məlumatına görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 33 nəfər təxliyyə olunub, 8 nəfərin meyiti çıxarılıb, 22 nəfərin taleyi isə naməlumdur.