» » » Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı

Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı

Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı

Faktla bağlı araşdırma aparılır.

Payaxtda evdən xeyli miqdarda qiymətli əşyalar oğurlanıb.

ucarliyiq.biz-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində baş verib.

Həmin küçədə yaşayan Əliyev Elxan Zülfi oğlu polisə müraciət edərək bildirib ki, dekabrın 27-nə keçən gecə saat 23 radələrində naməlum şəxs və ya şəxslər evin nəfəsliyinin dəmir barmaqlıqlarını qıraraq mənzilə daxil olublar. Evdən 11 min manat dəyərində qızıl-zinət əşyaları, 700 manat nəğd pul, İtaliya istehsalı olan tapança və dəyəri 5 min manatdan çox olan qoşalülə tüfəng oğurlanıb.

Müraciət əsasında araşdırma aparılır.