» » » Klinik Xəstəxananın I korpusu açıldı

Klinik Xəstəxananın I korpusu açıldı

Klinik Xəstəxananın I korpusu açıldı

Nazirlik məlumat yaydı.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxananın I korpusunun açılış mərasimi olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a bildirilib ki, əsaslı təmirdən sonra patoloji-hamiləlik, I qəbul, məsləhət poliklinikası, II sinir xəstəlikləri, nefrologiya, qastroenterologiya, allerqologiya və reanimasiya - intensiv terapiya şöbələri istifadəyə verilib.

Məlumatda bildirilib ki, ümumilikdə şöbələr üzrə 200 çarpayısı olan korpus yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da mövcuddur.

Qeyd olunub ki, şöbələr üzrə diaqnostik avadanlıqlar, mebeller və inventarlarla təmin edilmiş korpusa ektroensefaloqraf “Neyron-Spektr-3”, əlil arabaları, video qastro dayaq dəsti, Almaniya istehsalı olan oftalmoskop, otoskop , lor baxış alət dəsti ENES, Lor kombayn, aspirator, irrigator və kompressor, video endoskop və işıq qaynağı, endoskop üçün monitor, alət və dərman yerləşdirmək üçün masa, tam elektron idarəetmə, lOR kreslonun mərkəzdən idarəetmə imkanı, rentgen filmləri aşkarlamaq üçün avtomatik prosessor, qurutma sistemi ilə, qrafik və skopiyalı yüksək tezlikli rentgen qurğusu, flexavision FD, 80 kv generator, 400 Khu rentgen şüalandırıcı, rəqəmsal CCD kamera, ən son tələblərə cavab verən USM cihazları, universal ginekoloji doğuş kresloları, hidravlik tənzimlənən, ginekoloji, uroloji, abdominal əməliyyatlar üçün əməliyyat masaları, anesteziya və süni tənəffüs cihazları, xəstənin həyat fəaliyyətini müşahidə etmək üçün monitorlar, ginekoloji kreslolar, yenidoğulmuşun intensiv terapiyası üçün neonatal inkubator, yenidoğulmuşlar üçün CPAP, avtomatik hava və oksigen dozatoru, larinqoskop pediatrik, yenidoğulmuşlar üçün stasionar küvez , KTQ aparatı, qızdırıcısı olan reanimasiya masası və. s. ən son texnoloji avadanlıqlarla təchiz olunub.