» » » Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

RYTN məlumat yaydı.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. 

 Bu barədə ucarliyiq.biz-ın nazirliyə istinadən xəbər verir. 

Məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda, abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.