» » » Yeni il gecəsi metro bir saat çox işləyəcək

Yeni il gecəsi metro bir saat çox işləyəcək

Yeni il gecəsi metro bir saat çox işləyəcək

“Sərnişinlərin rahatlığı nəzərə alınıb”.

31 dekabr, Yeni il gecəsi “Bakı Metropoliteni” gücləndirilmiş iş rejimində çalışacaq. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ucarliyiq.biz-ə bildirib ki, hər il olduğu kimi bu il də dekabrın 31-də qatarlar adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək.

“Sərnişinlərin rahatlığını nəzərə alaraq, metroda artıq belə praktika mövcuddur. Dekabrın 31-də metroda iş rejimi 1 saat gec bitir. Əgər dövlət əhəmiyyətli şənliklər və tədbirlər olarsa, mümkündür ki, metro daha çox işləsin”, - deyə Nəsimi Paşayev bildirib.

Xatırladaq ki, metropoliten adi günlərdə saat 24:00-dək işləyir.

Elvin Əhmədov