» » » Bulvarda atəşfəşanlıq olacaq

Bulvarda atəşfəşanlıq olacaq

Bulvarda atəşfəşanlıq olacaq

Bakı Şəhər İcra Hakimiyyəti məlumat yaydı.

Milli Parkda atəşfəşanlıq tədbiri keçiriləcək.

Bakı Şəhər İcra Hakimiyyətindən ucarliyiq.biz-ə verilən məlumata görə, Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkda dekabrın 31-də möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.

"Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini və şəhərin qonaqlarını qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir və bu münasibətlə təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir". - məlumatda qeyd olunur.

Bayramınız mübarək olsun!