» » » Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Moskvada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunub

Bayram gecəsinin sonunda tort kəsilib.

Dünən Moskvada Ümumrusiya Azərbaycan konqresinin, eləcə də Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü qeyd olunub.

Rusiya dünyanın mədəniyyət mərkəzlərindən biridir və bununla əlaqədar olaraq, Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yalnız Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü deyil, eləcə də Yeni ili qeyd ediblər.

Tədbirdə Ümumrusiya Azərbaycan konqresinin, Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun nümayəndələri, Azərbaycan-Slavyan gənclərinin Rusiya nümayəndəliyinin başçıları, eləcə də fəallar və tələbələr iştirak ediblər.

Tədbirə xüsusi qonaqlar qismində Bahh Tee adı ilə tanınan Azərbaycan mənşəli məşhur rus müğənnisi Bəxtiyar Əliyev, həmçinin Elçin Qurbanov, Ramazan Ramazanov və Marina Drojdina dəvət olunublar.

Ümumrusiya Azərbaycan konqresinin Moskva regional şöbəsinin icraçı direktoru, eləcə də Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun direktoru Şamil Tağıyev tədbiri açarkən bütün iştirakçıları ümummilli həmrəylik bayramı və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib və hamıya uğurlar diləyib.

Ümumrusiya Azərbaycan konqresinin icraçı direktoru İlqar Hacıyev vakinfo-nun müxbirinə müsahibəsində Azərbaycan xalqının həmrəylik bayramının əhəmiyyəti barədə danışıb. Bu bayramın tarixinin mühüm olmasını qeyd edib.

Azərbaycan-Slavyan gənclərinin Assosiasiyasının Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev ilk növbədə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, eləcə də qeyd edib ki, bu cür bayramların sayəsində Azərbaycan xalqı vəhdət təşkil edir.

Ümumrusiya Azərbaycan konqresinin icraçı direktorunun gənclərlə əlaqə üzrə müavini Cavid İbrahimov bu bayramın əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan xalqı birləşib və bu cür vacib və xarakterik bayramı qeyd edə bilir.

O, diqqəti Leyla Əliyevanın rəhbərliyi altında olan Rusiyanın Azərbaycan gənclərinin birliyinə (IDEA) yönəldərək, qeyd edib ki, bu təşkilat gənclərin Vətənin hüdudlarından xaricdə birləşməsinə xidmət edir. 

Tədbirin gedişatı zamanı Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu, direktor Şamil Tağıyev başda olmaqla fəallara və fondun dostlarına sertifikatlar verib.

Sonra isə qonaqlar rəqs edib, mahnı oxuyublar, şeir deyib, şəkil çəkdiriblər.