» » » Zahid Oruc: Yaxşı ki, parlamentə spikerliyi yəhudilər etmir...

Zahid Oruc: Yaxşı ki, parlamentə spikerliyi yəhudilər etmir...

Zahid Oruc: Yaxşı ki, parlamentə spikerliyi yəhudilər etmir...

Deputatlar arasında mübahisə baş verib.

Bu gün Milli Məclisin son iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Zahid Orucla həmkarı Yevda Abramov arasında mübahisə baş verib.

ucarliyiq.biz Qafqazinfo-ya istinadən xəbər verir ki, Yevda Abramov Zahid Oruca replika atıb. Z. Oruc da həmkarının replikasını sərt formada cavablandırıb və əlini ona tərəf uzadaraq

“Yaxşı ki, bu parlamentə sədrliyi yəhudilər etmir...”- deyib.

Onu qeyd edək ki, parlamentin bundan öncəki iclasında da Y. Abramov Z. Orucun çıxışı zamanı "söz verilir Zahid Oruca"-deyə, yerdən replika atmışdı.