» » » MM yeni İnzibati Xətalar Məcəlləsini təsdiq etdi

MM yeni İnzibati Xətalar Məcəlləsini təsdiq etdi

MM yeni İnzibati Xətalar Məcəlləsini təsdiq etdi

Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib.

Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi təsdiq olunub. 

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, məcəllənin təqdimatı zamanı bildirilib ki, Azərbaycan prezidenti tərəfindən təqdim olunan, 40 fəsil, 608 maddədən ibarət yeni məcəllə indi qüvvədə olan sənədlə müqayisədə 280-ə qədər dəyişikliyi özündə ehtiva edir.

Məcəllədə sanksiyaların siyahısı genişləndirilib və sərtləşdirilib. Yeni məcəllədə bütün maddələr üzrə müvafiq məsələlər ümumiləşdirilib və konkretləşdirilib. Məcəllə 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.