» » » Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı

FHN məlumat yaydı.

Bakıda mənzildən meyit tapılıb.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1954-cü il təvəllüdlü Lanskix Aleksandr Petroviçin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. A.Lanskixin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.