» » » Suraxanıda civə həyəcanı

Suraxanıda civə həyəcanı

Suraxanıda civə həyəcanı

FHN məlumat yaydı.

Bakının Suraxanı rayonunda mənzildə termometr sınıb.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 20:40-da başa çatmışdır.