» » » Pasport almaq istəyənlərə şad xəbər

Pasport almaq istəyənlərə şad xəbər

Pasport almaq istəyənlərə şad xəbər

DİN məlumat yaydı.

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və regional şöbələri bayram günlərində də işləyəcək.

DİN-dən ucarliyiq.biz-a bildirilib ki, 31 dekabr 2015-ci il və 1, 2, 3, 4 yanvar 2016-cı il tarixlərində ümumvətəndaş pasportu almaq və ya hazır pasportları götürmək üçün müraciətlər qəbul olunacaq.

Qeyd edək ki, idarə və şöbələr həftə içi və şənbə günü 09:00-18:00-dək, bazar günü isə 11:00-17:00-dək fəaliyyət göstərəcək.