» » » “ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək

“ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək

“ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək

Xidmət məlumat yaydı.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində 31 dekabr – 4 yanvar tarixlərində qeyri-iş günü olacaq. 

Bu barədə ucarliyiq.biz-a “ASAN xidmət”dən bildirilib. 

“5 yanvar tarixindən etibarən isə  vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər”,- deyə Xidmətdən qeyd edilib. 
 
Xatırladaq ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.