» » » Bakıda uşaq gözləyən cütlük qeyri-adi addım atdı - VİDEO

Bakıda uşaq gözləyən cütlük qeyri-adi addım atdı - VİDEO

Bakıda uşaq gözləyən cütlük qeyri-adi addım atdı - VİDEO

Qar qız ana olmaq həyəcanı yaşayıb.

Uşaq gözləyən cütlük qeyri-adi addım atıb. Cütlük bu gün dünyaya gələcək övladlarını özlərinə məxsus şəkildə qarşılamağa hazırlaşır. Ata "Şaxta baba", ana isə "Qar qız" paltarı geyinərək valideyn olmaq üçün xəstəxanaya yola düşüblər.

Şaxta baba və Qar qız libasında xəstəxanaya gəldilər.

Qar qız ana olmaq həyəcanı yaşayıb.

Övladlarının dünyaya gəlişi Yeni il ərəfəsinə düşməsi onlara fərqli ideya verib. Uşaq gözləyən cütlük onu Şaxta baba və Qar qız formasında qarşılamaq qərarına gəliblər.

Əlamətdar hesab etdikləri bu gün üçün xüsusi geyim satın alan cütlük körpələrini bağırlarına basmaq üçün səbirsizlənirlər.

Bu gün gecə dünyaya gələcək körpə gənclərin ilk övladı olacaq və onlar nə uşaqların cinsiyyətini bilirlər, nə də ona qoyacaqları adı planlaşdırıblar.

Mənbə: Xəzər xəbər