» » » Əlində fişəng partladı, barmağı amputasiya edildi

Əlində fişəng partladı, barmağı amputasiya edildi

Əlində fişəng partladı, barmağı amputasiya edildi

Faktla bağlı araşdırma aparılır.

Tovuz rayon sakini fişəng atmaq istəyərkən xəsarət alıb.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb.
 
Kənd sakini, 1960-cı il təvəllüdlü Münasib Abbasov yeni il axşamı fişəng atmaq istəyərkən partlayıcı onun əlində açılıb və sağ əlindən xəsarət alıb.
 
Dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılan M. Abbasovun sağ əlinin birinci barmağı amputasiya edilib.
 
Faktla bağlı araşdırma aparılır.