» » » Bakıdakı qarın ilk “qurbanları” - VİDEO

Bakıdakı qarın ilk “qurbanları” - VİDEO

Bakıdakı qarın ilk “qurbanları” - VİDEO

“Volkswagen” “Skoda”nın altına girib.

Bakıda müşahidə olunan yağıntılı hava şəraiti yol qəzasına səbəb olub. 

ucarliyiq.biz-ın APA TV-yə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
 
Hüseyn Seyidzadə küçəsindəki körpüdən Abdulvahab Salamzadə küçəsinə doğru hərəkət edən “Skoda” markalı avtomobil körpünün enişindəki yol ayırıcısına çırpılıb. Avtomobil həm də yol nişanını yerindən qoparıb. Arxadan gələn “Volkswagen” markalı avtomobil isə “Skoda”ya çırpılıb. Zərbənin gücündən “Volkswagen” “Skoda”nın altına girib.
 
Qəza nəticəsində “Skoda”nın sürücüsü xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
 
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya görünüş dairəsinin az olduğu ərazidə “Skoda”nın sürücüsünün sürət həddini aşması, “Volkswagen”in sürücüsünün isə həm sürət həddini aşması, həm də düzgün ara məsafəsi saxlamaması səbəb olub. Qeyd edək ki, DYP sürücülərə hava şəraitini nəzərə almaq və sürət həddini ona uyğun seçmək barədə xəbərdarlıq edib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.