» » » Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı

Hava sabahdan mülayimləşəcək.

Azərbaycan ərazisində faktiki hava şəraiti açıqlanıb.

ucarliyiq.biz xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, dekabrın 30-u günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunub, şimal-qərb küləyi əsib.
 
Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunmaqdadır, əksər rayonlarda yağıntı qar və sulu qar şəklindədir.
 
Dekabrın 30-dan başlayaraq bölgələrdə qarlı hava şəraiti müşahidə olunur.
 
Ümumiyyətlə, Böyük Qafqaz rayonu ərazisində yağıntı intensiv xarakterli olub, əsasən qar şəklindədir. İndiyə qədər Quba-Qusar rayonunun dağlıq ərazilərində qarın hündürlüyü 85 sm, Quba rayonunun Xınalıq kəndində 82 sm, Qəbələdə 41 sm, Şəkildə 39 sm, Zaqatalada 29 sm təşkil edir.
 
Daşkəsən-Gədəbəy zonasında qarın hündürlüyü 22-50 sm, Qazax-Gəncə zonasında 9-12 sm, Mərkəzi Aran rayonlarında isə 7-25 sm arasında dəyişir.
 
Lənkəran-Astara zonasında - Lerikdə qarın hündürlüyü 5 sm, Yardımlıda isə 14 sm təşkil edir.

Bu gün yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur.
 
Lakin sabah, yanvarın 3-də gündüz saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Yanvarın 3-də gündüz saatlarından əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
 
Paytaxtda isə bu gün yağıntılı hava şəraiti müşahidə olunmaqda, sulu qar və qar yağmaqdadır, güclü şimal-qərb küləyi əsəcək. Sabah isə güclü şimal-qərb küləyi gündüz saatlarından tədricən mülayimləşəcək.
 
Yanvarın 3-dən gündüz saatlarından Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Paytaxtda havanın temperaturu gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 4 dərəcəyə qədər isti olacaq.