» » » Nazirlikdən hava xəbərdarlığı: -10° şaxta olacaq

Nazirlikdən hava xəbərdarlığı: -10° şaxta olacaq

Nazirlikdən hava xəbərdarlığı: -10° şaxta olacaq

Qar, yağacaq, yollar buz bağlayacaq.

Yanvarın 3-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.
 
Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan xeyli yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
 
Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
 
Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.
 
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.