» » » İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb - FOTO

İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb - FOTO

İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb - FOTO

Axtarış tədbirləri keçirilir.

İsmayıllı rayonunda 63 yaşlı kişi itkin düşüb. 

ucarliyiq.biz-ın APA-ya istinadən xəbərinə görə, İsmayıllı şəhərinin Mübariz Orucov küçəsindəki 5 saylı ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Nəsirov Bəxtiyar Mirzəbəy oğlu ötən il mayın 1-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Onun ailə üzvləri Bəxtiyar Nəsirovun itkin düşməsi barədə İsmayıllı rayon Polis Şöbəsinə məlumat veriblər. 

Polis əməkdaşları tərəfindən 7 aydır ki, beş övlad atası olan Bəxtiyar Nəsirovun tapılması üçün həyata keçirilən axtarış tədbirləri hələ ki, bir nəticə verməyib.
    
Uzun illər DİN-in Baş Mühafizə İdarəsinin İsmayıllı rayon bölməsinin əməkdaşı olan və təqaüdə çıxan serjant Bəxtiyar Nəsirovu görən şəxslərin bu nömrələrə zəng etmələri xahiş olunur. Mobil: 070 679 21 73, Ev: 2028 5 38 06
  
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İsmayıllıda keçmiş polis əməkdaşı itkin düşüb - FOTO