» » » Bakı metrosunda gənclərin yersiz hərəkəti idmançını coşdurdu - VİDEO

Bakı metrosunda gənclərin yersiz hərəkəti idmançını coşdurdu - VİDEO

Bakı metrosunda gənclərin yersiz hərəkəti idmançını coşdurdu - VİDEO

Onlar yerə uzanaraq idman hərəkətləri edirdilər.

Bakı metrosunda bir neçə gənc oğlanın yersiz hərəkətləri idamançı bir sərnişini özündən çıxarıb. 

ucarliyiq.biz xəbər verir ki, oxucular criminal.az-a məlumat veriblər ki, dünən axşam saatlarında metronun “Həzi Aslanov” stansiyasından şəhər istiqamətdə gələn qatarda 3 gənc yersiz hərəkətlər edib. Onlar yerə uzanaraq idman hərəkətləri edib, bir-birləri ilə fəndlər işlədirmişlər. 

Onların hərəkəti başqa bir sərnişini özündən çıxarıb. İdman cüssəli sərnişin onlara yaxınlaşaraq qatarda əxlaqlı olmağı məsləhət görüb. 

İlk olaraq həmin gənclər onlara irad tutan oğlanla əlbəyaxa olmaq istəsələr də, sonradan qarşılarındakının qulaqlarının qırıq və güləşçi cüssəli olduğunu gördükdən sonra şirin dillərini işə salaraq səhvləri başa düşdüklərini etiraf ediblər.