» » » “Günəşli”də vəziyyət nə yerdədir?

“Günəşli”də vəziyyət nə yerdədir?

“Günəşli”də vəziyyət nə yerdədir?

Nazirlik məlumat yaydı.

FHN “Günəşli” yatağındakı 10-cu özüldə yanğının söndürülməsi və itkin düşənlərin axtarışını davam etdirir

ucarliyiq.biz Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri fasiləsiz olaraq özüldəki yanğının söndürülməsi, aidiyyəti qurumlarının qüvvələri isə itkin düşənlərin axtarış işlərini həyata keçirir.