» » » Türkmənistan sahillərində daha bir neftçinin meyiti tapıldı

Türkmənistan sahillərində daha bir neftçinin meyiti tapıldı

Türkmənistan sahillərində daha bir neftçinin meyiti tapıldı

Cəsədlərin gətirilməsi üçün təyyarə göndərilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün bu ölkəyə yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, nazirliyin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. 

Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.
 
Məlumat daxil olduqdan sonra  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və ölkəyə gətirilməsi üçün Türkmənistana yola düşüb.