» » » Bakı Beynəlxalq Avtovağzalından rekord sayda sərnişin daşındı

Bakı Beynəlxalq Avtovağzalından rekord sayda sərnişin daşındı

Bakı Beynəlxalq Avtovağzalından rekord sayda sərnişin daşındı

Ən çox sərnişin sıxlığı dekabrın 30-da müşahidə edilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq, Bakı Beynəlxalq Avtovağzalı dekabrın 21-dən yanvarın 5-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) ucarliyiq.biz-a verilən məlumata görə, paytaxt avtovağzalından dekabrın 31-dən yanvarın 4-dək müxtəlif tutumlu avtobuslar vasitəsilə ümumilikdə 1 680 reyslə 42 849 sərnişin daşınıb.

Avtovağzalda ən çox sərnişin sıxlığı isə dekabrın 30-da müşahidə edilib. Belə ki, 30  dekabr tarixində 674 reyslə 18 mindən çox sərnişin daşınıb ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir.