» » » Astarada piyadanı öldürən sürücü tutuldu

Astarada piyadanı öldürən sürücü tutuldu

Astarada piyadanı öldürən sürücü tutuldu

Cinayət işi başlanıb.

Astara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamir Həsənovun yanvarın 2-də saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində ölməsi faktı ilə bağlı Astara rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Lənkəran rayonu, Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Cəfərov etibarnamə əsasında idarə etdiyi “Daimler Chrysler 308D” markalı 42-BK-492 dövlət qeydiyyat nişanlı mikroavtobusla Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən piyada Zamir Həsənovu vurub hadisə yerindən qaçıb.

Astara rayon Polis Şöbəsi və prokurorluğun həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinən İ. Cəfərov yanvarın 3-də tutulub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.