» » » Azərbaycanda sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlandı

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 5-9 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində isə əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcəyədək şaxta olacaq. 

Yanvarın 6-8-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.