» » » “Avtoş” Bakını bir-birinə qatdı - VİDEO

“Avtoş” Bakını bir-birinə qatdı - VİDEO

“Avtoş” Bakını bir-birinə qatdı - VİDEO

Paytaxta “avtoxuliqan əməliyyatı”.

Gecə Bakıda yol polisi avtoxuliqanlıq edən şəxsi saxlayıb. Polis onu xeyli təqib etdikdən sonra süni tıxac yaradaraq tutub. Saxlanılandan sonra polis həmin şəxsi sərxoşluğun yoxlanılmasıməntəqəsinə aparib.

Polis avtomobilində üzünü gizlədərək əyləşən sürücü avtoxuliqanlıqda təqsirli bilinir. Gecə Bakıda yol polisi Heydər Əliyev prospekti ilə üzü şəhərə doğru hərəkət edən ''Vaz-2106'' markalı avtomobilin sürücüsünə saxla işarəsi verib. Sürücü 27 yaşlı Sadıq Hadıyev polisə tabe olmayıb. Əksinə təhlükəli hərəkətlər edərək hətta istiqamətini dəyişib, Koroğlu metrostansiyasına doğru hərəkət etməyə başlayıb.

Bir neçə yol polisinin təqibindən sonra sürücü Sadıq Hadıyev süni tıxacla saxlanılıb. Sürücü Sadıq Hadıyev isə polisə tabe olmamasını belə izzah etdi. Avtomobili sənədsiz idarə edən sürücü yol polisi tərəfindən sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Avtoxuliqanlıq etdiyi üçün onun barəsində inzibati pratakol tərtib edilərək məhkəməyə təqdim ediləcək.

Mənbə: Xəzər xəbər