» » » “Whatsapp”ınıza gələn bu mesajı açmayın - VİDEO

“Whatsapp”ınıza gələn bu mesajı açmayın - VİDEO

“Whatsapp”ınıza gələn bu mesajı açmayın - VİDEO

Diqqət!

Kredit kartlarınızın kodunu ələ keçirmək istəyən bir qrup şəxs yeni üsula əl atıb.

ucarliyiq.biz-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, həmin şəxslər bu dəfə “Whatsapp” vasitəsi ilə kredit kartlarınızı ələ keçirməyə çalışırlar. Onlar bunu sizə mesaj göndərərək edirlər.

Belə ki, “Whatsapp” istifadəçilərinə üzvlüyü yeniləməli olduqlarını bildirən mesaj göndərirlər. Mesajda üzvlüyünüzü yeniləmək üçün göstərilən ünvan “Whatsapp.com” yazılsa da, linkə toxunduğunuzda başqa bir ünvana daxil olursunuz. Bunun səbəbi saxtakarların əsl web saytını HTML kodunda gizlətməsidir.
 
Sözügedən linkə daxil olduğunuzda kredit kartı məlumatlarınızı yazacağınız saxta bir səhifə açılır. Üzvlüyünüzü yeniləmək üçün nəzərdə tutulmuş bir səhifə kimi görünsə də, məlumatlarınızı qeyd etdikdən sonra üzvlüyünüzü yenilənmir. Çünki məlumatlarınız tamam başqa ünvana ötürülür. 
 
Hazırda mesaj istifadəçilərə ingilis dilində göndərilir. Ancaq orada qeyd olunanları Azərbaycan dilinə tərcümə etsəniz, bu yazılacaq: “Diqqət! WhatsApp Messenger üzvlüyünüz bitmək üzrədir”. Sizə gələn bu tip mesajları açmadan silməyiniz məsləhətdir.

Mütəxəssislər sosial şəbəkələrdə göndərilən naməlum təklifləri qəbul etməməyi, eləcə də proqram yenilənmələrini google play və play stor vasitəsi ilə həyata keçirməyi məsləhət görür.