» » » Dərmanların qiymətindəki müəmmaya aydınlıq gətirildi - VİDEO

Dərmanların qiymətindəki müəmmaya aydınlıq gətirildi - VİDEO

Dərmanların qiymətindəki müəmmaya aydınlıq gətirildi - VİDEO

Artıq iki gündür ki, Azərbaycan cəmiyyətində ajiotaj yaşanır.

Artıq iki gündür ki, Azərbaycan cəmiyyəti bir ajiotaj yaşamaqdadır. 844 adda dərman preparatının apteklərdən yığışdırıldığı, hətta adi bir “Validol”u belə əldə etməyin mümkünsüzlüyü bildirilir.

Bununla yanaşı dərmanların qiymətində də bir müəmma var. Bu müəmmanı aydınlaşdırmağa sözsüz ki, ehtiyac var.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov və Azərbaycan Respublikası Tarif (qiymət) Şurası katibinin müavini Ceyhun Nəcəfov ANS-in qonağı olub.

– Pərviz müəllim, ilk olaraq məndə də həyacan yarandı. Bu həyacan əslində tamaşaçıların, vətəndaşların həyacanıdır. Həqiqətən də 844 adda dərman sıradan çıxarılıb. Hətta adi bir “Validol” belə əldə etmək mümkün olmayacaq.

– Qeyd edim ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyi adından 844 adda dərman vasitələrinə qadağanın qoyulması ilə bağlı informasiya verilib. Bu məlumat əslində həqiqətə uyğun deyil. Çünki uzun illərdir ki, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı həm dövlət qeydiyyatı, həm yararlılıq sertifikatı olmayan, həm də istifadə müddəti bitmiş dərman vasitələri satışdan çıxarılır.

Səhiyyə Nazirliyi adından 844 adda dərman vasitələrinin satışına qadağa qoyulması ilə bağlı informasiya gedib. Bu məlumata əsasən siyahıda göstərilən dərman vasitələrinin özlərinə deyil, konkret olaraq seriyaların dövriyyəsinə qadağa qoyulub. Hazırda həmin dərman vasitələrinin digər seriyaları açıq satışda var. Onların satışında heç bir problem yoxdur. Əhali rahat bir şəkildə dərmanları apteklərdən alıb istifadə edə bilər.

– Bu seriyadan olan dərmanlarda nələr vardı ki, bunlara qadağa qoyuldu?

– Dərman vasitələri ölkəyə idxal olunan zaman bütün dərman vasitələri seriyalar üzrə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin laboratoriyasında yoxlamadan keçirilir. Yoxlamanın nəticəsinə uyğun alaraq, əgər dərman vasitəsinin keyfiyyəti ilə bağlı problemlər aşkarlanmırsa, o zaman həmin dərman vasitəsinə yararlılıq haqqında analiz protokolu verilir. Əks halda hər hansı bir dərman vasitəsinin keyfiyyəti ilə bağlı normativ texniki sənədlərin tələblərindən kənara çıxmalar olursa, bu zaman həmin dərman vasitəsinin idxalına icazə verilmir.

Məhz göstərilən bu seriyalı dərman vasitələri Səhiyyə Nazirliyinin icazəsi olmandan ölkəyə idxal olunub. Ona görə də həmin vaxtlarda bu seriyalı dərman vasitələrinin satışına qadağa qoyulub. Amma həmin dərman vasitələrinin özlərinə qadağa qoyulmayıb.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz: