» » » Avtomobillərə texniki baxış dövrü başladı

Avtomobillərə texniki baxış dövrü başladı

Avtomobillərə texniki baxış dövrü başladı

Sürücülər 50 mаnаt miqdаrındа cərimələnə bilərlər.

Yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayıb. 

ucarliyiq.biz xəbər verir ki, qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir.

Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. 

Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır.

Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov ucarliyiq.biz-ə bildirib ki, hazırda MDB dövlətlərində istehsal olunan minik avtomobilləri texniki baxışdan keçməlidir. 

“Yalnız müəyyən olunmuş vaxtdan keçdikdən sonra, sürücü avtomobili texniki baxışdan keçirməyibsə ona cərimə yazıla bilər. Sürücülərin MDB dövlətlərində istehsal olunan avtomobilləri 1 yanvar – 30 aprel aralığında texniki baxışdan keçirmə imkanı var. Bu müddət ərzində Dövlət Yol Polisi əməkdaşı həmin sürücüləri cərimələyə bilməz”. 

Ə.Hüseynov qeyd edib ki, nəqliyyаt vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt miqdаrındа cərimələnə bilərlər:

“Аzərbаycаn Respublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 154.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt , vəzifəli şəхslər 100 mаnаt, hüquqi şəхslər 300 mаnаt cərimə edilirlər. 

Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda sürücülər 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. 

Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur”.

Elvin Əhmədov