» » » “20 Yanvar” metrostansiyası qərənfillərlə bürünəcək

“20 Yanvar” metrostansiyası qərənfillərlə bürünəcək

“20 Yanvar” metrostansiyası qərənfillərlə bürünəcək

“Qatarlar fit verəcək”.

20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar “20 Yanvar” metrostansiyas qərənfillərlə bəzədiləcək. 

Bu barədə ucarliyiq.biz-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.  

Nəsimi Paşayevin sözlərinə görə, həmin gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək:

“Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Metronun “20 Yanvar” stansiyası qərənfillərlə bəzədiləcək və matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da bütün qatarla fit verəcək.Bir dəqiqəlik sükutla faciə qurbanları yad ediləcək”.

Elvin Əhmədov