» » » Bakıda faciə: Qadın DİN-nin Baş İdarəsin binasından yıxılıb öldü

Bakıda faciə: Qadın DİN-nin Baş İdarəsin binasından yıxılıb öldü

Bakıda faciə: Qadın DİN-nin Baş İdarəsin binasından yıxılıb öldü

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində ölüm hadisəsi baş verib.

ucarliyiq.biz xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. 1971-ci il təvəllüdlü Təranə Nağı qızı Cəfərova binadan düşərək ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, dünyasını dəyişən T. Cəfərova Baş İdarədə xadimə işləyib. O binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır