» » » Azərbaycanda 3 nəfər dəm qazından, 2 nəfər isə donvurmadan öldü

Azərbaycanda 3 nəfər dəm qazından, 2 nəfər isə donvurmadan öldü

Azərbaycanda 3 nəfər dəm qazından, 2 nəfər isə donvurmadan öldü

DİN məlumat yaydı.

Azərbaycanda 3 nəfər dəm qazından boğulub.

ucarliyiq.biz-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də paytaxtın Nizami rayonunda yaşayan Nərgiz Aydınova, Xətai rayonunda yaşayan Çingiz Bədəlov və Xaçmaz şəhərində yaşayan Tamilə Təhməzova mənzillərində dəm qazından boğularaq ölüblər.
 
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycanda daha 2 nəfər isə donvurmadan ölüb. 

Məlumata görə, yanvarın 5-də Masallı rayonunun Türkoba kəndindən kənd sakini Şahin Quliyev, Şamaxı rayonunun Nağaraxan kəndində yaşayan Mixail Belyayev donvurmadan ölüblər.

Faktlarla bağlı araşdırma aparılır.