» » » Planetlərin paradı olmayacaq

Planetlərin paradı olmayacaq

Planetlərin paradı olmayacaq

Şamaxı Astrofizika Rəsədxanası məlumat yaydı.

Əslində bu planetlərin paradı deyil. Sadəcə planetlərin göydə görüntüsü paradı xatırladacaq. Planetlər ardıcıl olaraq düzüləcək. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Avto FM”-ə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

“Planetlərin paradı xatırladan görüntüsü ən yaxşı yanvarın 29-dan sonra görünəcək.Yupiter, Ay, Mars, Saturn, Venera, Merkuri yanvarın 29-da, səhər saat 7 radələrində parad şəklində düzüləcək. Ayın 30 və 31-də də eyni ardıcılıq davam edəcək”, - deyə rəsədxanadan bildirilib. 

Həmçinin Şamaxı Astrofizika Rəsədxanasından qeyd ediblər ki, yaranacaq bu vəziyyət əhalini narahat etməməlidir, sadəcə planetlərin göy üzündə düzülüşünə baxıb zövq almaq lazımdır.