» » » Sabah Bakının bir hissəsində su olmayacaq

Sabah Bakının bir hissəsində su olmayacaq

Sabah Bakının bir hissəsində su olmayacaq

“Azərsu” abonentlərdən üzr istəyir.

Yanvarın 7-də Bakı şəhərinin Sabunçu və Nərimanov rayonlarının Böyükşor gölü ətrafında olan, eləcə də Nizami rayonunun  Mikayıl Əliyev və Çobanzadə küçələri boyu abonentlərin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən ucarliyiq.biz-a verilən məlumata görə, məhdudiyyət Bakı şəhəri Heydər Əliyev prospektindən keçən magistral su xətlərinin dəyişdirilməsi işləri ilə əlaqədardır.
 
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.