» » » Sumqayıtda mənzildə qadın meyiti tapıldı

Sumqayıtda mənzildə qadın meyiti tapıldı

Sumqayıtda mənzildə qadın meyiti tapıldı

FHN məlumat yaydı.

Sumqayıtda mənzildə 74 yaşlı qadının meyiti tapılıb.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1941-ci il təvəllüdlü Dorma Qalina Fyodorovnanın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Q.Dormananın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.