» » » Neftçilərin axtarışı davam edir

Neftçilərin axtarışı davam edir

Neftçilərin axtarışı davam edir

“Vixr-8” yanğınsöndürmə gəmisi hadisə yerindədir.

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Nazirlikdən ucarliyiq.biz-ə verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-8” yanğınsöndürmə gəmisi hadisə yerindədir. 

Bundan əlavə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.