» » » Astarada 3000 manata quş satırlar – FOTO

Astarada 3000 manata quş satırlar – FOTO

Astarada 3000 manata quş satırlar – FOTO

“2 il tamam olmadan bu quşlar bala vermirlər”.

Astara sakini Murad Muradov deyir ki, quşçuluğa uşaq yaşlarından marağı olub. Əvvəllər göyərçin, qırqovul və digər quşları saxlasa da, son illər tovuzquşu təsərrüfatı yaratmağa qərar verib.

ucarliyiq.biz Region TV-yə istinadən məlumat verir ki, o, İran, Türkiyə və Rusiyadan gətirdiyi tovuzquşlarını öz həyətində bəsləməklə çoxaldıb. 

M.Muradov tovuzquşlarını günəbaxan tumu, qarğıdalı və buğda ilə bəslədiyini deyir. Həyətində isə 5 növ tovuzquşu var.

Bu quşlar nadir olduğu üçün bahadır. Qiymətlər 1000 manatdan başlayaraq növünə görə dəyişir.

Təsərrüfat sahibi isə qiymətlərin yüksək olmasını belə izah edir: 

"3 il onların üzərində əziyyət çəkməlisən ki, belə gözəllikdə olsunlar. 2 il tamam olmadan bu quşlar bala vermirlər. Əziyyətinə görə də qiymətlər belədir".

Ən bahalı növ isə Yava tovuzquşudur. Belə ki, bu quşun bir cütünün qiyməti təxminən 3000 manatdır.

Astarada 3000 manata quş satırlar – FOTO

Astarada 3000 manata quş satırlar – FOTO

Astarada 3000 manata quş satırlar – FOTO