» » » Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO

Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO

Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO

Bazarda durğunluq yaşanır.

Manatın dəyərdən düşməsi Bakının avtomobil bazarında özünü “ikinci əl” maşınların qiymətinin azalmasında göstərib. Onların qiymətləri dekabr devalvasiyasından sonra ciddi surətdə düşüblər və tezliklə əvvəlki rəqəmlərin qayıtması gözlənilmir. 

ucarliyiq.biz xəbər verir ki, Sputnik-in müxbiri Bakının maşın bazarına gedərək yerində satış və qiymətlərlə bağlı vəziyyəti öyrənməyə cəhd edib.

Bazardakı satıcıların sözlərinə görə, dekabr devalvasiyasından əvvəlki bir neçə ay ərzində avtomobillərin alqı-satqısında bir qədər canlanma hiss olunurmuş. Bazar tədricən öncəki fevral devalvasiyasından özünə gəlirmiş. Lakin satıcıların sözlərinə görə, hazırda avtomobil bazarı sadəcə staqnasiya vəziyyətindədir. Qiymətlər düşsə də, insanlar avtomobil almağa tələsmirlər.

Belə ki, əgər rəsmi avtosalonlar yüksək qiymətləri servis müddətinin artırılması və güzəştli kreditlərlə kompensasiya edərək qiymətləri köhnə səviyyədə saxlaya və yaxud manatın dollara qarşı kursina uyğun qaldıra bilirlərsə, “ikinci əl” avtomobil bazarında vəziyyət başqa cürdür.

Bu bazardakı geriləməni satıcılar alıcılıq qabiliyyətinin düşməsi və çoxlarının qiymətlərin “dayanmasını” gözləyərək gözləmə mövqeyini seçməsi ilə bağlayırlar. Onların proqnozlarına görə, işlənmiş avtomobillərin qiymətləri düşməkdə davam edəcək, çünki öz maşınını satmaq istəyən çoxdur, alıcılar isə azalıb. Satıcılar avtomobili satmaq üçün qiymətləri aşağı salmağa məcbur olacaqlar.

Həmçinin müəyyən səbəblərdən avtokreditlərini ödəyə bilməyən avtomobil sahibləri də qiymətlərin enməsində müəyyən rol oynayacaqlar. Bu şəxslər avtomobilə bank tərəfindən həbs qoyulmamış və ya kredit üzrə borc böyüməmiş maşından canlarını qurtarmağa məcbur olacaqlar. İşlənmiş avtomaşınların düşməsində avtomobillərin ehtiyat hissələrinin qiymətlərinin artması da böyük rol oynayır. Maşın alverçiləri manatın kursu ilə bağlı qeyri-müəyyənlikdən və milli valyutanın yaxın gələcəkdə mütləq düşəcəyi barədə şayiələrdən şikayət edirlər.

Bu arada ehtiyat hissələrinin ucuz olması və yanacağı qənaətlə işlətməsi səbəbindən Koreya istehsalçılarının avtomobillərinə maraq artıb. Avtomaşın sahibləri arasında ənənəvi olaraq populyar olan markalar da mövqelərini ciddi surətdə itirməyiblər. Üstəlik, satıcılar qeyd edirlər ki, getdikcə daha çox alıcı avtomobilin kreditlə alınması və ya barter edilməsi variantları ilə maraqlanırlar. 

Sizə ən populyar işlənmiş avtomobillərin dekabr devalvasiyasına qədər və ondan sonrakı qiymətlərini təqdim edirik. Qiymətlər ABŞ dolları ilə göstərilib:


Avtomobilin markası


Buraxılış ili


Mühərrikin həcmi


Dekabr devalvasiyasınadək qiymətlər


Dekabr devalvasiyasından sonrakı qiymətlər


Mercedes E Class W210


1999-2001


2400 sm3


8000 — 10000


5500 — 7500


Mercedes C Class W202


1999-2000


2300 sm3


6000 — 8000


4500 — 6500


Hyundai Elantra


2012-2014


1800 sm3


14500 — 17500


9500 — 12500


Kia Rio


2012-2014


1400 sm3


10000 — 12000


7500 — 9500


Toyota Prado


2008-2010


4000 sm3


28000 — 33000


25000 — 28000


Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO

Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO

Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO

Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO

Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO

Bakıda avtomobillər ucuzlaşıb - CƏDVƏL + FOTO