» » » Bakıda ər və arvad yanaraq öldü

Bakıda ər və arvad yanaraq öldü

Bakıda ər və arvad yanaraq öldü

FHN məlumat yaydı.

Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

ucarliyiq.biz FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb. 

Hadisə nəticəsində ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.