» » » Bakı məktəblərində yenilik

Bakı məktəblərində yenilik

Bakı məktəblərində yenilik

Məhəbbət Vəliyeva açıqlama verib.

Bakı şəhərində yerləşən 54 məktəb məktəb icmalarının yaradılması üzrə pilot layihəyə cəlb edilib. Bu məktəblərin 33-ü Bakı şəhərində, digərləri isə regionlarda yerləşir.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında BŞTİ-nin (Bakı şəhəri Təhsil İdarəsi) rəhbəri Məhəbbət Vəliyeva bildirib.

“Layihənin əsas məqsədi valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsidir və layihənin üstünlüyü bundan ibarətdir ki, layihə çərçivəsində hər bir məktəbdə siniflərin şəxsi icması yaradılır. Sinif icmasının tərkibinə şagirdlər, valideynlər, müəllimlər daxildir.

Bu gün biz layihənin mükafatlandırılma mərhələsindəyik. Seçilən məktəblər var. Qaliblərdən biri çox maraqlı idi ki, 3-cü sinif şagirdləri idi. Bunların qalib kimi nominasiyası “sinif icma işinin” planlaşdırılması idi.

Çox sevindirici haldır ki, bu gün kiçik yaşlarından uşaqlar planlaşdırma kimi vacib məsələləri həll etmə bacarıqlarına yiyələnirlər. Uşaqların ilkin yaşdan araşdırma, təhlil etmə, planlaşdırma kimi vacib məsələlərə yiyələnməsi onların gələcək həyatları üçün vacib amillərdəndir.

Düşünürük ki, gələcəkdə bu layihə davam edəcək. Bakı məktəbləri arasında həmin layihəyə qoşulmaq istəyən təşəbbüskar məktəblər var. Layihənin uğurlu davamına hamımız inanırıq. Gələcəkdə bu layihənin nəticəsində məktəb-valideyn münasibətlərində daha uğurlu nəticələrə, əlaqələrin möhkəmləndirilməsinə nail olacağıq”, deyə M.Vəliyeva qeyd edib.

Xatırladaq ki, bu gün 204 saylı məktəbdə “Sinif icmalarının plan müsabiqəsi” qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qaliblərə 5 nominasiya üzrə mükafatlar təqdim edilib.